“Fənər” Avroliqanın tarixinə düşüb

Xəbərlər
15 Mart 2024 18:39
“Fənər” Avroliqanın tarixinə düşüb

“Fənərbaxça” basketbol üzrə Avropliqada rekorda imza atıb.

İdman.biz xəbər verir ki, İstanbul klubu “Valensiya” ilə oyunda 24 dəqiq “3-lüy” yerinə yetirib.

“Ülker Arena”da keçirilən qarşılaşma “Fənər”in 118:88 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin "üçlüy" atışları zamanı 38 cəhdindən 24-ü dəqiq alınıb. Bu görüş həm də “sarı lacivərdlilər”in Avropa kuboklarında ən çox xal qazandığı matç kimi tarixə düşüb.

Qeyd edək ki, turnirdə əvvəlki “3-lüy” rekordu digər Türkiyə təmsilçisi “Anadolu Efes”ə məxsus olub. Komanda 2022-ci ilin fevralında “Makkabi” ilə qarşılaşmada 22 dəqiq atış yerinə yetirib.

İdman.biz