50 taekvondoçu dan dərəcəsi uğrunda imtahan verib - FOTO

10 İyun 2026 11:47
97
50 taekvondoçu dan dərəcəsi uğrunda imtahan verib - FOTO

Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan imtahanda ümumilikdə 50 nəfər iştirak edib. Onlardan 40 nəfər birinci dan, dörd nəfər ikinci dan, üç nəfər üçüncü dan, iki nəfər dördüncü dan və bir nəfər beşinci dan dərəcəsi üzrə imtahan verib.

Qeyd edək ki, imtahan ATF-in Texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol tərəfindən keçirilib. İmtahanda ATF-in Baş katibi Aygül Abdullayeva da iştirak edib.

İdman.Biz