Parataekvondo millimiz Göygöldə təlim-məşq toplanışına başlayıb

28 İyul 2026 18:46
101
Parataekvondo millimiz Göygöldə təlim-məşq toplanışına başlayıb

Parataekvondo üzrə Azərbaycan milli komandası Göygöldə təlim-məşq toplanışına start verib.

İdman.Biz xəbər verir ki, iyulun 27-dən avqustun 9-dək davam edəcək hazırlıq prosesi Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək.

Toplanışda K44 kateqoriyası üzrə İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Amin Əliyev (63 kq), Amin Şıxalıyev (63 kq), Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq) və Səmayə Həsənova (47 kq) iştirak edəcəklər.

Milli komandaya baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.

İdman.Biz