Taekvondoçumuz iranlı rəqibi üzrərindəki 12:0-lıq qələbədən danışdı

30 İyun 2026 17:38
88
Taekvondoçumuz iranlı rəqibi üzrərindəki 12:0-lıq qələbədən danışdı

Qazaxıstanın paytaxtı Astanada təşkil olunan taekvondo üzrə “Altay” çempionatında və “Kazakhstan Open” beynəlxalq turnirində uğurlu çıxış edən Minayə Əkbərova yarışlara uzun müddət ciddi hazırlaşıb.

46 kq çəki dərəcəsində yarışan idmançı bu nəticələrin onun üçün önəmli olduğunu vurğulayıb.

“Bu yarışlara uzun müddət ciddi hazırlaşmışdım. Astanada əvvəlcə “Altay” çempionatında bürünc medal qazandım. Ardınca “Kazakhstan Open” turnirində daha inamlı çıxış etdim. Qazaxıstan və Türkiyə təmsilçilərini məğlub etdikdən sonra finalda iranlı rəqibim üzərində 12:0 hesablı qələbə qazanaraq qızıl medala sahib oldum. Bu nəticə mənim üçün çox önəmlidir və qarşıdakı yarışlar üçün əlavə motivasiya verdi. Ümid edirəm ki, növbəti yarışlarda da ölkəmizi layiqincə təmsil edəcəyəm”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Minayə Əkbərova (46 kq) “Kazakhstan Open” beynəlxalq turnirində qızıl, “Altay” çempionatında isə bürünc medal qazanıb.

İdman.Biz