Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” taekvondo çempionatında gənclərdən ibarət Azərbaycan yığma komandası daha üç medal qazanıb.
İdman.Biz bildirir ki, taekvondoçularımız bu gün 1 gümüş və 2 bürünc medal əldə ediblər.
Komandamızın üzvü Nilufər Borci (49 kq) gümüş, Zəhra İsayev (44 kq) və Adil Kazımlı (73 kq) bürünc medalllara layiq görülüblər.
Dünən taekvondçularımız 1 gümüş və 2 bürünc medal qazanmışdılar.
