Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Serbiyanın paytaxtı Belqradda keçirilən “Serbia Open 2026” beynəlxalq turnirində iki medal qazanıblar.
İdman.Biz xəbər verir ki, kişilər arasında 63 kq çəki dərəcəsində mübarizə aparan Qaşim Maqomedov bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib çıxıb.
Qadınların yarışında isə 46 kq çəki dərəcəsində çıxış edən Minayə Əkbərova bürünc medal qazanıb.
