Azərbaycan taekvondo millisi Qəbələdə hazırlığını davam etdirir - FOTO

19 Oktyabr 2026 20:08
146
Azərbaycan taekvondo millisi Qəbələdə hazırlığını davam etdirir

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışındadır.

İdman.Biz xəbər verir ki, Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə oktyabrın 14-də start verilib.

Məşqlər yığmanın baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilir.

Toplanış oktyabrın 26-dək davam edəcək.

İdman.Biz