Azərbaycan taekvondoçuları Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmələr arasında Avropa birinciliyində iki medal əldə ediblər.
İdman.Biz xəbər verir ki, ölkəmizi 29 kq çəki dərəcəsində təmsil edən Əsma Abdullazadə yarışı bürünc medalla başa vurub.
65 kq çəki dərəcəsində mübarizə aparan Yusif Nağızadə də Avropa birinciliyinin bürünc mükafatçısı olub.
