Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində dan imtahanı keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası (ATF) məlumat yayıb.
Sınaq prosesinə 80 nəfər (54-ü birinci dan, 20-si ikinci dan, 6-sı üçüncü dan) qatılıb.
İmtahanı qurumun texniki direktoru, beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol keçirib. Tədbirdə federasiyanın baş katibi Aygül Abdullayeva da iştirak edib.
