Azərbaycan taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Albania Open” beynəlxalq turnirində dörd medal qazanıblar.
İdman.Biz xəbər verir ki, gənclər arasında Novruz Əliyev 55 kq çəki dərəcəsində gümüş medala sahib olub.

Böyüklərdən ibarət milli komandamızın üzvlərindən Minayə Əkbərova 46 kq, Fuad Məhərləmli 63 kq, Cavad Ağayev isə 74 kq çəki dərəcəsində bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan yığması “Albania Open” turnirini bir gümüş və üç bürünc olmaqla ümumilikdə dörd medalla başa vurub.

