Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvləri təlim-məşq toplanışına cəlb olunublar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Bildirilib ki, hazırlıq prosesi Yardımlıda təşkil olunur.
Yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Cəlil Abdullayevin rəhbərliyi ilə keçirilən toplanışda idmançıların taktiki-texniki bacarıqlarının təkmilləşdirilməsinə, döyüş taktikasının və yarış hazırlığının artırılmasına xüsusi diqqət yetirilir.
Təlim-məşq toplanışı ayın 21-də yekunlaşacaq.
