Azərbaycanın “Grand Prix Final” təmsilçisi İordaniyada hazırlaşır - FOTO

19 Noyabr 2026 21:19
39
Azərbaycanın “Grand Prix Final” təmsilçisi İordaniyada hazırlaşır

Azərbaycanın taekvondo üzrə milli komandasının üzvləri Qaşim Maqomedov və Fuad Məhərləmli İordaniyada təlim-məşq toplanışı keçirlər.

İdman.Biz xəbər verir ki, idmançılar böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında hazırlıqlarını davam etdirirlər.

Toplanış noyabrın 28-29-da Qazaxıstanın paytaxtı Astanada keçiriləcək “Grand Prix Final” turnirinə hazırlıq məqsədi daşıyır.

İordaniyadakı məşqlərə noyabrın 21-də yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycanı “Grand Prix Final” turnirində Qaşim Maqomedov təmsil edəcək. Taekvondoçumuz 58 kq çəki dərəcəsində mübarizə aparacaq.

İdman.Biz