Taekvondo üzrə yeniyetmə millinin təlim-məşq toplanışı keçirilib - FOTO

17 Oktyabr 2026 12:15
106
Taekvondo üzrə yeniyetmə millinin təlim-məşq toplanışı keçirilib - FOTO

Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı başa çatıb.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən toplanışa baş məşqçi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımov rəhbərlik ediblər.

Sentyabr ayında keçirilən ölkə birinciliyindən sonra milli komandanın üzvlərinə baxış keçirilib. Toplanış qarşıdakı Avropa birinciliyinə hazırlığın ilk mərhələsi olub.

İdman.Biz