Taekvondoçularımız beynəlxalq turnirdə yeddi medal qazanıblar

22 İyun 2026 15:24
103
Taekvondoçularımız beynəlxalq turnirdə yeddi medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən “Bosnia Open” beynəlxalq turnirində bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıblar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Yarışda Azərbaycan Taekvondo Federasiyasının müxtəlif klublarını təmsil edən yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar.

Allahverdi Məmmədov (+78 kq, gənclər, “Atlet” TK) qızıl, Aliyə Məmmədli (+59 kq, yeniyetmələr, “Altay” TK) və Sadiq Məmmədzadə (53 kq, yeniyetmələr, “Alpman” TK) gümüş mükafat əldə ediblər.

Zəhra Vəliyeva (59 kq, gənclər, “Asiman” TK), Sübhan Rzayev (41 kq, yeniyetmələr, “Alpman” TK), Məhəmməd Bağırov (33 kq, yeniyetmələr, DGK İSM) və Rəsul İsmayılov (59 kq, gənclər, DGK İSM) isə üçüncü yeri tutublar.

İdman.Biz
Məqalədə: