Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
“Atlet” klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.


