Məktəblilərin olimpiadasında taekvondo yarışları başa çatdı - FOTO

21 İyun 2026 23:59
109
Məktəblilərin olimpiadasında taekvondo yarışları başa çatdı - FOTO

Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində taekvondo yarışlarına yekun vurulub.

İdman.Biz xəbər verir ki, yarışlar Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda keçirilib. Turnirdə 2012-2014-cü il təvəllüdlü 128 idmançı iştirak edib.

Yarışda 14 idman məktəbinin təmsilçiləri 19 çəki dərəcəsində güclərini sınayıblar. Görüşlərin sonunda qalib və mükafatçılar müəyyənləşib.

Medal qazanan idmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Təltifetmə mərasimində mükafatları Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov və Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev təqdim ediblər.

Qaliblər və mükafatçılar:

Oğlanlar

33 kq
1. Yusif Zərbəliyev (Ağsu UGİM)
2. Ramal Əsədzadə (1 saylı UGİŞM – Gəncə)
3. İsmayıl Zeynalov (Masallı UGİM)
3. Mirhüseyn Məmmədli (Lənkəran UGİŞM)

37 kq
1. Fəxri Hüseynli (Gədəbəy RKUGİM)
2. Həsən Adıgözəlov (Gədəbəy RKUGİM)
3. Mehdi Qədiməliyev (Quba İOEUGİŞM)
3. Yusif Süleymanov (Şəmkir UGİŞM)

41 kq
1. Ülvi Məmmədov (Ağsu UGİM)
2. Samuray Babayev (1 saylı UGİŞM – Gəncə)
3. Yusif Məmmədli (Lənkəran UGİŞM)
3. Malikəjdər Qalabəyov (6 saylı İOEUGİM)

45 kq
1. Kamal Allahverdiyev (1 saylı UGİŞM – Gəncə)
2. İsmayıl İbrahimov (6 saylı İOEUGİM)
3. Pünhan Heydərli (Masallı UGİM)
3. Röyal Əliyev (Tovuz UGİŞM)

49 kq
1. Raul Nəsibov (1 saylı UGİŞM – Gəncə)
2. Elmir Bağırov (Tovuz UGİŞM)
3. Məhəmməd Bərxudarlı (Yevlax UGİM)
3. Məhəmməd İskəndərov (6 saylı İOEUGİM)

53 kq
1. Zaur Hüseynov (1 saylı UGİŞM – Gəncə)
2. Canəli Cəfərov (Tovuz UGİŞM)
3. Mehrac Həsənov (6 saylı İOEUGİM)
3. Uğur Abdullayev (Gədəbəy RKUGİM)

57 kq
1. Şahin Abdullayev (Gədəbəy RKUGİM)
2. Musa Quliyev (1 saylı UGİŞM – Gəncə)
3. İlham Rəşidov (6 saylı İOEUGİM)
3. Eldəniz Tağıyev (Tovuz UGİŞM)

61 kq
1. Əmin Qasımov (Gədəbəy RKUGİM)
2. Ümid Əliyev (1 saylı UGİŞM – Gəncə)
3. Ayxan Səfərli (Sumqayıt İOEUGİM)
3. Yəhya Süleymanlı (6 saylı İOEUGİM)

65 kq
1. Yusif Nağızadə (1 saylı UGİŞM – Gəncə)
2. Əlixan Məmmədov (Sumqayıt İOEUGİM)
3. Nihat Əhmədov (Gədəbəy RKUGİM)
3. Aqşin Abdullayev (Tovuz UGİŞM)

+65 kq
1. Kənan Əlizadə (1 saylı UGİŞM – Gəncə)
2. Elxan Ağayev (Şəmkir UGİM)
3. Mikayıl Vəliyev (6 saylı İOEUGİM)
3. İslam İsmayılov (Şəmkir UGİŞM)

Qızlar

29 kq
1. Ahu İsgəndər (6 saylı İOEUGİM)
2. Məryəm Almuradova (Təhsil RİM)

33 kq
1. Ayşən Abazarova (6 saylı İOEUGİM)
2. Mədinə Hənifəyeva (6 saylı İOEUGİM)
3. Aysən Hüseynova (Yevlax UGİM)
3. Fidan Muxtarzadə (1 saylı UGİŞM – Gəncə)

37 kq
1. Zəhra Hüseynova (Masallı UGİM)
2. Fidan Qafarova (6 saylı İOEUGİM)
3. Xədicə Quliyeva (Lənkəran UGİŞM)
3. Nazlı Hacıya (1 saylı UGİŞM – Gəncə)

41 kq
1. Ruqəyya Əliyeva (Təhsil RİM)
2. Zəhra Rəhimli (Quba İOEUGİŞM)
3. Banu Heybətsoy (Yevlax UGİM)
3. Sara Əliyeva (Masallı UGİM)

44 kq
1. İnci Oruczadə (6 saylı İOEUGİM)
2. Dəniz İsmayıllı (6 saylı İOEUGİM)
3. Tuba Məmmədova (1 saylı UGİŞM – Gəncə)
3. İnci Babayeva (Gədəbəy RKUGİM)

47 kq
1. Səbinə İslamzadə (Təhsil RİM)
2. Fidan Cəfərzadə (1 saylı UGİŞM – Gəncə)
3. Nigar Sokoviç (6 saylı İOEUGİM)
3. Aylan Xammədova (Gədəbəy RKUGİM)

51 kq
1. Zeynəb Əlizadə (6 saylı İOEUGİM)
2. Səidə Paşayeva (Gədəbəy RKUGİM)
3. Fatimə Ağazadə (Lənkəran UGİŞM)
3. Səma İsgəndərli (1 saylı UGİŞM – Gəncə)

55 kq
1. Eda Eren (Təhsil RİM)
2. Nuray Qasımzadə (6 saylı İOEUGİM)

59 kq
1. Gülnaz Abdullayeva (Gədəbəy RKUGİM)
2. Məryəm Əsədova (Quba İOEUGİŞM)

İdman.Biz