Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən taekvondo üzrə Klublararası Avropa çempionatı keçirilib.
İdman.Biz bildirir ki, Azərbaycan təmsilçiləri uğurlu çıxış edərək 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
Belə ki, Aydan Hüseynova (36 kq, İrəvan TK) və Rada Əsəd (44 kq, Mübariz TK) qızıl, İslam Quluzadə (33 kq, Alpman TK), Gökalp Çilingir (40 kq, Nərimanov RİK) və Renad Zülfiqarlı (+57 kq, Alov TK) gümüş, Əkbər Tağıyev (+30 kq, Atlet TK) isə bürünc medal əldə ediblər.
Klub təmsilçilərimiz ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb və kubokun sahibi olublar.
