Taekvondo Federasiyası və Gədəbəy İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə taekvondo üzrə nümunəvi çıxış proqramı təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, tədbirdə Taekvondo Federasiyasının Demo Komandası çıxış edəcək. Peşəkar idmançıların hazırladığı dinamik və maraqlı proqram tamaşaçılara təqdim olunacaq.
Nümunəvi çıxış 1 avqust tarixində saat 16:00-da Gədəbəy şəhərində yerləşən Yaşıl Teatrda keçiriləcək.
Qeyd edək ki, tədbirə giriş sərbəstdir.
