Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” layihəsi növbəti dəfə Dədə Qorqud parkında təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu dəfə layihənin qonağı taekvondo üzrə Olimpiya Oyunlarının iştirakçısı, dünya və Avropa çempionu Fəridə Əzizova olub.
Təcrübəli idmançı layihə iştirakçıları ilə birlikdə açıq havada idman məşqi keçərək onlarla müxtəlif fiziki hərəkətlər yerinə yetirib.
Qeyd edək ki, “Səhər idmanı” layihəsinin məqsədi sağlam həyat tərzinin təşviqi, əhalinin fiziki aktivliyinin artırılması və idmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə töhfə verməkdir.
