Taekvondoçumuz Adil Kazımlı Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

27 İyun 2026 00:27
90
Taekvondoçumuz Adil Kazımlı Əkbərova Qazaxıstanda beynəlxalq turnirdə bürünc medal qazanıb

Qazaxıstanın Astana şəhərində “Kazakhstan Open” beynəlxalq turniri davam edir.

İdman.Biz bildirir ki, gənclər arasında mübarizə aparan Azərbaycan taekvondo millisinin üzvü Adil Kazımlı (73 kq) bürünc medal qazanıb.

Daha öncə Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək bu yarışda qızıl medal qazanıb.

Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” çempionatına (22-23 iyun) və “Kazakhstan Open” (25-27 iyun) beynəlxalq turnirinə Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

İdman.Biz