Azərbaycan Taekvondo Federasiyasının “Demo Team” komandası Antena Parkında tamaşaçılar qarşısında xüsusi nümayiş proqramı təqdim edib.
İdman.Biz xəbər verir ki, tədbir “2026-cı il - Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunub.
Peşəkar taekvondoçuların təqdim etdiyi proqramda güc, sürət, çeviklik və yüksək texniki hazırlıq ön plana çıxıb. Nümayiş zamanı müxtəlif taekvondo elementləri, zərbə kombinasiyaları və fiziki hazırlıq tələb edən hərəkətlər təqdim olunub.
“Demo Team” üzvlərinin çıxışı Antena Parkına toplaşan tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
