Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib - FOTO

6 İyul 2026 10:59
100
Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib - FOTO

Gəncə Olimpiya İdman Kompleksində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş taekvondo üzrə Gəncə şəhər birinciliyi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə keçirilən yarışda uşaqlar, yeniyetmələr və gənclər yaş qrupları üzrə 120 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb.

Qeyd edək ki, birinciliyin sonunda qaliblər diplom və medallarla təltif olunublar.

İdman.Biz