Azərbaycan taekvondoçuları beynəlxalq yarışda üç medal qazanıblar

22 İyun 2026 22:33
79
Azərbaycan taekvondoçuları beynəlxalq yarışda üç medal qazanıblar

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri Qazaxıstanın Astana şəhərində keçirilən “Altay” taekvondo çempionatında 1 gümüş və 2 bürünc medal qazanıblar.

İdman.Biz bildirir ki, 80 kq-da mübarizə aparan Cavad Ağayev turnirin gümüş medallarına layiq görülüb.

Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medallarla kifayətlənməli olublar.

İdman.Biz