Abşeronda taekvondo üzrə məşqçilik seminarı keçirilib - FOTO

8 İyun 2026 12:16
97
Abşeronda taekvondo üzrə məşqçilik seminarı keçirilib - FOTO

Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə məşqçilik seminarı təşkil olunub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Bildirilir ki, seminar ATF-nin texniki direktoru Oh Kvanq Çeol tərəfindən keçirilib. 43 nəfərin qatıldığı seminarın məqsədi məşqçilərin peşəkar səviyyəsinin artırılması olub.

Qeyd edək ki, seminarda ATF-nin baş katibi Aygül Abdullayeva da iştirak edib.

İdman.Biz