Avropa Taekvondo Birliyinin (ETU) müxtəlif komitələrinə seçimlərin nəticələri açıqlanıb.
İdman.Biz xəbər verir ki, qurumun prezidenti Sakis Praqalosun qərarına əsasən, Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü təyin olunub.
Bundan başqa, ATF-in mətbuat katibi Aysel Sultanova ETU-nun Media Komitəsinin vitse-sədri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyası tərəfindən namizədliyi irəli sürülən hər iki nümayəndənin ETU komitələrində təmsil olunması Azərbaycan taekvondosuna göstərilən etimadın göstəricisi hesab olunur.
Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasına qədər qüvvədə olacaq.
