Cavad Ağayev Avropa çempionatında gümüş medal qazanıb

14 May 2026 21:32
154
Cavad Ağayev Avropa çempionatında gümüş medal qazanıb

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatı davam edir.

İdman.Biz bildirir ki, taekvondoçumuz Cavad Ağayev bu mötəbər turnirdə bürünc medal qazanıb.

İdmançımız medala gedən yolda San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) qitə çempionatında gümüş medala layiq görülüblər.

İdman.Biz