Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə Avropanı təmsil edən 8 Paralimpiya və Olimpiya çempionuna xüsusi mükafat təqdim olunub.
İdman.Biz bildirir ki, mükafatlandırma mərasimi Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatı çərçivəsində baş tutub.
Mərasim çərçivəsində Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov da xüsusi mükafata layiq görülüb.
İmaməddin Xəlilov (70 kq) son qitə çempionatında gümüş medala layiq görülüb.
