Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

13 May 2026 21:02
898
Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb

Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, qitə çempionatının üçüncü günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov 1/4 finalda polşalı Labedski Pşemıslav, yarımfinalda isə gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanaraq finala yüksəlib.

Finalda türkiyəli Yusuf Yünaçtıya məğlub olan İ.Xəlilov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kq) qitə çempionatında gümüş medala layiq görülmüşdü.

18:44

Parataekvondoçumuz İmaməddin Xəlilov (70 kq, K44 kateqoriyası) Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında yarımfinalda gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bununla da Xəlilov yarışın finalına vəsiqə qazanıb.

12:34

Parataekvondoçumuz İmaməddin Xəlilov (70 kq, K44 kateqoriyası) Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançımız 1/4 finalda Polşadan olan Labedzki Przemyslavi məğlub edib.

Bununla da İ.Xəlilov yarımfinal mərhələsinə yüksəlib.

İdman.Biz