Azərbaycan taekvondoçuları Gürcüstanda keçirilmiş “Georgian Liga Open” turnirində dörd medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.
Bildirilib ki, Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, yeniyetmələr arasında yarışda isə Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
