Azərbaycan millisinin məşqçisi: “Yarımfinalda rəqiblərimiz güclü idi”

Xəbərlər
26 Sentyabr 2025 18:23
49
Azərbaycan millisinin məşqçisi: “Yarımfinalda rəqiblərimiz güclü idi”

III MDB Oyunlarının stolüstü tennis yarışında Azərbaycan millisinin yarımfinaldakı rəqibləri güclü olub.

İdman.biz-in Report-a istinadən məlumatına görə, bunu oğlanlardan ibarət millinin məşqçisi Ramil Cəfərov deyib.

Mütəxəssis nəticənin onlar üçün də maraqlı olacağını söyləyib: “Uzun müddətdir yarışa yaxşı hazırlaşırdıq. İdmançılarımız azarkeşlərimizin qarşısında, evdə daha inamlı çıxış edirdilər. Rəqiblərimiz güclü idi. Amma sabah bizi Rusiya kimi iddialı komanda gözləyir. Bu kollektivlə uzun zamandır üz-üzə gəlmirik. Nəticə bizim üçün də maraqlı olacaq”.

Qeyd edək ki, komanda, şəxsi, qoşa və qarışıq-qoşa növləri üzrə keçirilən stolüstü tennis yarışına sentyabrın 29-da yekun vurulacaq.

İdman.biz