Stolüstü tennisçilərimiz “Riga City Youth Cup 2026” turnirinə qatılacaqlar

22 Oktyabr 2026 14:09
109
Stolüstü tennisçilərimiz “Riga City Youth Cup 2026” turnirinə qatılacaqlar

Azərbaycanın doqquz stolüstü tennisçisi Latviyanın paytaxtı Riqada təşkil olunacaq “Riga City Youth Cup 2026” beynəlxalq turnirində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Ənənəvi yarışda idmançılar qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə çıxış edəcəklər. Turnirdə oğlanların mübarizəsində Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov, qızların yarışında isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, oktyabrın 23-də start götürəcək beynəlxalq yarışa ayın 25-də yekun vurulacaq.

İdman.Biz