Stolüstü tennisçilərimiz Polşada hazırlıq keçəcəklər

18 Oktyabr 2026 12:05
125
Stolüstü tennisçilərimiz Polşada hazırlıq keçəcəklər

Azərbaycanın stolüstü tennis üzrə milli komandasının üzvləri Polşada beynəlxalq təlim-məşq toplanışına başlayacaqlar.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Oktyabrın 18-də Zeleno Qura şəhərində start götürəcək hazırlıq prosesinə millinin baş məşqçisi Mixail Timofeyev rəhbərlik edəcək.

Toplanışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova və Aylin Əsgərova iştirak edəcəklər.

İki həftəyə yaxın davam edəcək hazırlıq proqramında əsas diqqət idmançıların fiziki və texniki hazırlığının təkmilləşdirilməsinə, eləcə də qarşıdakı beynəlxalq turnirlərə daha yaxşı formada çıxmalarına yönələcək.

Qeyd edək ki, Polşadakı təlim-məşq toplanışı oktyabrın 31-də başa çatacaq.

İdman.Biz