Noyabrın 23-də “Şüa İdman Sağlamlıq Kompleksində” yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kubokuna start veriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yarışda Bakı ilə yanaşı, digər şəhər və rayonların idmançıları da mübarizə aparacaqlar.
Turnirdə U-14 və U-18 yaş qrupları üzrə qaliblər müəyyənləşəcək. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.
Noyabrın 26-da başa çatacaq yarışda fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, eləcə də federasiyanın mükafatları təqdim olunacaq.
