Yevgeni Timçenko: “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”

9 Oktyabr 2026 15:47
79
Yevgeni Timçenko: “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil”

Beynəlxalq Stolüstü Tennis Federasiyasının təmsilçisi Yevgeni Timçenko Azərbaycanın bu idman növündə son illərdə qazandığı uğurları yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanlı mütəxəssis Bakıda keçirilən seminarın təşkili, yaradılan şərait, məşqçi və idmançıların hazırlıq səviyyəsi barədə fikirlərini bölüşüb:

“Azərbaycana gəlişimdən məmnunam. Seminar yüksək səviyyədə təşkil olunub. Buna görə Azərbaycan Stolüstü Tennis Federasiyasına təşəkkürümü bildirirəm. Təlimlərin uğurlu alınması üçün bütün lazımi şəraiti yaradıblar. Heç bir problemlə üzləşmədik.

Sevindirici məqamlardan biri də məşqçilərin peşəkarlığı oldu. Həqiqətən də yüksək səviyyəli mütəxəssislərdir. Onlarla çalışmaq olduqca maraqlı və zövqvericidir. Bir daha əmin oldum ki, son illərdə Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil. Bu gedişlə idmançılarınızın daha böyük nailiyyətlər qazanacağına inanıram”.

Qeyd edək ki, oktyabrın 1-də başlayan seminar oktyabrın 10-da yekunlaşacaq.

İdman.Biz