Stolüstü tennisçimiz Riqada mükafatçılar sırasına düşdü

26 Oktyabr 2026 12:57
102
Stolüstü tennisçimiz Riqada mükafatçılar sırasına düşdü

Azərbaycan stolüstü tennisçisi Tunar Bağırov daha bir beynəlxalq yarışın mükafatçısı olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançı “Riga City Council's Youth Cup 2026” turnirində fərqlənib.

Öz yaşıdları arasında mübarizəni 1/4 finalda başa vuran 16 yaşlı stolustü tennisçi U-19 kateqoriyasında daha yaxşı nəticə göstərib.

Qrup mərhələsində Malta, Estoniya, İsveç, 1/16 finalda İngiltərə, 1/8-də Litva, 1/4-də Latviya idmançılarına qalib gələn Tunar yarımfinalda litvalı rəqibinə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, bu, idmançının beynəlxalq turnirlərdə qazandığı 12-ci mükafatıdır.

İdman.Biz