Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-dək məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm də praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq.

Qeyd edək ki, seminar "Şüa" İdman-Sağlamlıq Kompleksində təşkil olunub.
