Stolüstü tennisçimiz İsveçdə təlim-məşq toplanışına qatılacaq

Xəbərlər
1 İyun 2025 12:33
55
Stolüstü tennisçimiz İsveçdə təlim-məşq toplanışına qatılacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Beynəlxalq Stolüstü Tennis Federasiyasının dünyanın ən istedadlı idmançıları ücün təşkil etdiyi təlim-məşq toplanışına qatılacaq.

İdman.biz xəbər verir ki, Quluzadə bu məqsədlə yığmanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə İsveçin Halmstad şəhərinə yollanıb.

"Rising Stars Camp" adlanan toplanış iyunun 1-dən 5-dək davam edəcək.

Onur bundan sonra Helsinqborq və Norveçin Sandefjord şəhərində keçiriləcək "WTT Youth Contender" turnirlərində mübarizə aparacaq.

İdman.biz