Stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb

Xəbərlər
4 Oktyabr 2023 23:32
154
Stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb

Bu gün böyüklər arasında stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.

İdman.biz saytı xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışa oktyabrın 7-də yekun vurulacaq.

“Şüa İdman Kompleksi”ndə keçirilən yarışda iştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərdə bacarıqlarını göstərəcəklər.

Yarışın ilk günündə komanda yarışları keçirilib. Qadınların yarışında "Sumqayıt", kişilərdə isə "Bakı-2" tennisçiləri uğur qazanıblar.

Qadınlar:
1) Sumqayıt – 1
2) Bakı -1
3) Sumqayıt - 2, Bakı -2
Kişilər:
1) Bakı -2
2) Bakı – 3
3) Bakı – 1, Sumqayıt

İdman.biz