Ginnesin Rekordlar Kitabı stolüstü tennisçimizin tarixi uğurunu paylaşdı - VİDEO

19 Avqust 2026 15:08
114
Ginnesin Rekordlar Kitabı stolüstü tennisçimizin tarixi uğurunu paylaşdı - VİDEO

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədovun dünya rekorduna imza atdığı anın görüntüləri Ginnesin Rekordlar Kitabının rəsmi “Instagram” səhifəsində paylaşılıb.

İdman.Biz xəbər verir ki, paylaşımda Məmmədovun 2026-cı ilin aprelində Bakıda, Şüa İdman Kompleksində həyata keçirdiyi rekord əks olunub.

Azərbaycan millisinin üzvü 18,20 metr məsafədən stolüstü tennis servisini uğurla yerinə yetirərək ən uzun məsafədən stolüstü tennis servisi üzrə dünya rekordunu müəyyənləşdirib. Rekord sonradan Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmən təsdiqlənib.

Ginnesin Rekordlar Kitabının Nihad Məmmədovun rekorduna həsr etdiyi paylaşımı təqdim edirik:

İdman.Biz