Azərbaycan stolüstü tennisçiləri Türkiyədən 4 medalla qayıdırlar - FOTO

16 Avqust 2026 12:54
100
Azərbaycan stolüstü tennisçiləri Türkiyədən 4 medalla qayıdırlar

Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Türkiyənin Yalova şəhərində keçirilən beynəlxalq turnirdə dörd medal qazanıblar.

İdman.Biz xəbər verir ki, Türkiyə, Qazaxıstan, Rumıniya, Bolqarıstan və Estoniya idmançılarının da iştirak etdiyi yarışda Azərbaycan təmsilçiləri həm komanda, həm də şəxsi mübarizədə fəxri kürsüyə yüksəliblər.

Vaqif Babayev və Şakir Qədirov komanda yarışında ikinci yeri tutublar. Banu İmanverdizadə və Sofiya Trofimenko isə bürünc medala sahib çıxıblar.

Şəxsi yarışlarda U-15 yaş kateqoriyasında Vaqif Babayev və Şakir Qədirov üçüncü yeri tutaraq daha iki bürünc medal qazanıblar.

Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə Türkiyəyə yollanan idmançılar avqustun 8-dən 14-dək Yalovada təşkil olunan beynəlxalq təlim-məşq toplanışında da iştirak ediblər.

İdman.Biz