Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyəyə yollanıblar.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi Türkiyənin Yalova şəhərində təşkil olunacaq.
Toplanışda Sofiya Trofimenko, Banu İmanverdizadə, Şakir Qədirov və Vaqif Babayev iştirak edəcəklər. İdmançılar məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə avqustun 16-dək hazırlıq keçəcəklər.
Stolüstü tennisçilər təlim-məşq toplanışı çərçivəsində Türkiyə, Bolqarıstan, Rumıniya, Kosovo və Estoniya komandalarının iştirakı ilə keçiriləcək turnirdə də bacarıqlarını nümayiş etdirəcəklər.
