Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) prezidenti seçilib.
İdman.Biz xəbər verir ki, bu barədə Tennis Federasiyası məlumat yayıb.
2014-cü ildən federasiyaya rəhbərlik edən Şahin Mustafayev, qarşıdakı dörd il ərzində də Azərbaycan stolüstü tennisinin daha da inkişaf etdirilməsi, idmançıların beynəlxalq arenada daha böyük uğurlar qazanması və yeni perspektivli tennisçilərin yetişdirilməsi istiqamətində səmərəli fəaliyyətini davam etdirəcək.
