Azərbaycan Stolüstü Tennis Federasiyası növbəti təlim-məşq toplanışını təşkil edib.
İdman.Biz xəbər verir ki, hazırlıq prosesi Şəki Olimpiya İdman Kompleksində keçirilir.
Toplanışa ölkənin müxtəlif bölgələrindən 16 istedadlı stolüstü tennisçi cəlb olunub. İdmançılar məşqçilər Qulu Quliyev, Rza Mirzəyev, Billurə Eminova və Gülnarə İbrahimovanın rəhbərliyi altında fiziki, texniki və taktiki hazırlıqlarını təkmilləşdirəcəklər.
Təlim-məşq toplanışı sentyabrın 1-dək davam edəcək.
