Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər

16 Sentyabr 2026 11:31
85
Stolüstü tennisçilərimiz Belçikanın açıq çempionatında çıxış edəcəklər

Azərbaycan stolüstü tennisçiləri Belçikanın açıq çempionatında çıxış edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçilər Fərhad İsmayılovla Mixail Timofeyevin rəhbərliyi altında yarışda Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Xədicə Əbilzadə iştirak edəcəklər.

Pepinster şəhərində təşkil olunacaq çempionat U-21 yaş kateqoriyasındakı idmançılar və böyüklər arasında keçiriləcək. Sabah start götürəcək yarışa sentyabrın 20-də yekun vurulacaq.

İdman.Biz