Azərbaycanlı stolüstü tennisçi Euro Mini Champs turnirinin finalında

30 Avqust 2026 16:45
122
Azərbaycanlı stolüstü tennisçi Euro Mini Champs turnirinin finalında

Azərbaycan stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən "Euro Mini Champs" turnirinin finalına yüksəlib.

İdman.Biz xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların yarışında mübarizə aparan təmsilçimiz ilk üç mərhələni lider kimi başa vurub.

Mirzəbalayeva 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa təmsilçisinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bu mərhələdə İsveçrə idmançısı ilə qarşılaşan Mehin rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla da o, "mini Avropa çempionatı" adlandırılan nüfuzlu turnirin finalına yüksəlib.

Azərbaycanlı stolüstü tennisçi həlledici görüşdə Latviya təmsilçisi ilə qarşılaşacaq.

İdman.Biz