Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “WTT Youth Contender Tbilisi 2026” turnirində beş medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Milli komandaların baş məşqçiləri Mixail Timofeyev, Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə yollanan 10 idmançıdan beşi mükafatçılar sırasında yer alıb.
Onur Quluzadə U-19, Cəfər Almədədli, Əliəkbər Mirzəliyev, Gülnur Kərimli və Səidə Quluzadə isə U-11 yaş kateqoriyasında bürunc medala sahib çıxıblar.
