Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Xəbərlər
21 May 2024 12:07
116
Stolüstü tennisçilərimiz Avropa birinciliyində

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar.

İdman.biz xəbər verir ki, milli komanda bu məqsədlə Rumıniya paytaxtına yollanıb.

Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı yığmanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq. Yarışlara mayın 22-də start veriləcək.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.

İdman.biz

Məqalədə: