Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Xəbərlər
30 Aprel 2024 16:46
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.

İdman.biz xəbər verir ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər.

“Şüa” İdman Kompleksində keçiriləcək birincilikdə iki yaş qrupunda – 2005-2008 və 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək. İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində qüvvələrini sınayacaqlar.

Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin, ASTF-nin mükafatları təqdim olunacaq.

İdman.biz

Məqalədə: