Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışa qatılıblar

Xəbərlər
22 Aprel 2024 10:36
Stolüstü tennisçilərimiz növbəti beynəlxalq yarışa qatılıblar

Fransanın Mets və Belçikanın Spa şəhərlərində stolüstü tennis üzrə “WTT Youth Contender” turniri keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı Onur Quluzadə və Yağmur Məmmədli təmsil edəcək.

Yığma üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə mübarizə aparcaq. Bu gün start verilən turnirlərə aprelin 28-də yekun vurulacaq.

Qeyd edək ki, Quluzadə növbəti sınaq ərəfəsində Lüksemburqda keçirilən analoji turnirdə bürünc medala layiq görülüb. O, Belçika sınaqlarına da təlim-məşq toplanışında olduğu Lüksemburqdan yollanıb.

İdman.biz

Məqalədə: