Stolüstü tennisçilər beynəlxalq yarışda üçüncü yeri tutub

Xəbərlər
17 Aprel 2024 09:53
Stolüstü tennisçilər beynəlxalq yarışda üçüncü yeri tutub

15 yaşadək stolüstü tennisçilərdən ibarət Azərbaycan millisi Türkiyədə beynəlxalq yarışın mükafatına layiq görulüb.

İdman.biz xəbər verir ki, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qazaxıstan birinci, Türkiyə ikinci yeri tutub.

Qeyd edək ki, yarışda Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

İdman.biz

Məqalədə: